“Necə yəni, uşaq dünyaya gətirəcəksən, dövlətdən pul istəyəcəksən?!” - Deputatdan qalmaqallı AÇIQLAMA
- 1-10-2020, 13:15
- 1 436
Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin bu gün keçirilən iclasında deputat Aqiyə Naxçıvanlı deyib.
O bildirib ki, hər şeyi dövlətin üzərinə atmaq olmaz: “Necə yəni, sən sağlam şəkildə uşaq dünyaya gətirəcəksən, amma onun üçün dövlətdən pul istəyəcəksən?! Ailə planlaşdırması olmalıdır. Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq da dünyaya gətirməlidir”.