Azərbaycanda iki yeni medal təsis edilir
- 30-09-2020, 12:25
- 1 499
Qanuna təklif edilən dəyişikliklərlə bağlı Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O bildirib ki, müstəqillik illərində dəmir yolları inkişaf edib: "Ölkəmizdə 7 oktyabr dəmiryolçuların peşə bayramı kimi qeyd olunur".
Komitə sədri qeyd edib ki, qanuna təklif olunan dəyişikliklə “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020) yubiley medalı” təsis olunacaq.
Qanuna digər bir dəyişikliklə isə “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012 – 2022) yubiley medalı” təsis ediləcək.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.