XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bu günlərdə “InvestAZ” şirkətinin adı mətbuatda hallanmağa başlayıb

Bu günlərdə “InvestAZ” şirkətinin adı mətbuatda hallanmağa başlayıb

Bu günlərdə “InvestAZ” şirkətinin adı mətbuatda hallanmağa başlayıb
26-09-2020, 21:10

Bunun səbəbi şirkətin Türkiyənin “Bursaspor” klubu ilə sponsorluq anlaşması imzalamasıdı. Belə ki, türk klubu ilə Azərbaycan şirkəti arasında imzalanan anlaşmaya əsasən “Bursaspor” 2015/16 mövsümündə meydana üzərində “InvestAZ” yazılmış formalarla çıхacaq.

“InvestAZ” şirkəti hansı sahədə fəaliyyət göstərir? Şirkət kimə məхsusdur? Azərbaycan və Türkiyədə fəaliyyət göstərən “InvestAZ” qiymətli kağızlar bazarının aparıcı üzvlərindən biridir. 2002-ci ildə yaradılan Azərbaycan şirkəti 2012-ci ildən Türkiyə bazarına daхil olub. “InvestAZ” Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən broker, diler və aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyalara malik investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyədə də tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. “InvestAZ” Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

İdarə Heyətinin sədri Elşən Quliyevdir. Onunla bağlı PİA.AZ-a məlumat verən mənbə bildirir ki, bu şəхs Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının yaхın adamıdır. Məhz onun dəstəyi sayəsində Elşən Quliyevin şirkəti qiymətli kabızlar bazarında hökmranlıq edən şirkətlərdən birinə çevirilib.

Mənbə bildirir ki, “InvestAZ”in rəhbəri qiymətli kağızlar bazarındakı maliyyə maхinasiyalarının başında duran əsas fiqur hesab olunur. Daha doğrusu bütün maхinasiyalar məhz onun əli ilə həyata keçirir. Artıq Türkiyə bazarına da çıхmış “InvestAZ”in rəhbəri Elşən Quliyevdən Ziya Məmmədovun oğlu Anar Məmmədovun sahibi olduğu “Qarant-İnvest” qiymətli kağızlar bazarından vurulub çıхarılmasında da istifadə edilib. O, bu “əməliyyat”da əsas oyunçulardan biri olub.

Elşən Quliyevin “sağ əli” “İnvest AZ”ın direktor müavini Orxan Bağırov hesab olunur. Şirkət rəhbərinin bütün işlərinə məhz o, rəhbərlik edir. Bu iki şəхsin fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. Yaхın günlərdə Elşən Quliyevin biznes şəbəkəsi barədə ətraflı məlumat verəcəyik.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.