Bu yola çıxsaz 40 manat cərimələnəcəksiz - Sürücülərin nəzərinə
- 27-04-2017, 12:52
- 113 627
Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Kamran Əliyev açıqlamasında bildirib ki, həmin zolaqlar yalnız IV İslam Olimpiya oyunlarına cəlb olunmuş nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub: “Mayın 5-dən 25-dək operativ nəqliyyat vasitələri (qəza xidməti, polis, yanğınsöndürən və təcili tibbi yardım avtomobilləri) istisna olmaqla, digər nəqliyyat vasitələrinin o zolağa çıxmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Qəzadan yayınmaq və ya digər hallara görə həmin zolağa çıxanlara da güzəşt edilməyəcək. Əgər nizamlayıcı özü avtomobilləri “Oyun zolağı”na yönəldərsə, o zaman sürücülər məsuliyyət daşımayacaq”.