"AMEA istifadə müddəti bitmiş məmurların müzakirə mərkəzinə çevrilib” – Adil Əliyev
- 19-09-2020, 10:11
- 1 108
Bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.
A.Əliyev qeyd edib ki, XXI əsrin ilk illərində isə AMEA-ya hər il on milyonlarla vəsait ayrılır, yüzlərlə akademik, minlərlə professor adını daşıyan insanlar bu elm ocağında fəaliyyət göstərirlər, ortaya isə ciddi heç bir ixtira qoyulmur: “AMEA rəsmiləri dövlət yetkililəri ilə görüşlərində 165 nəqliyyat vasitəsinin olduğundan bəhs edir və onların mütləq əksəriyyətinin köhnəliyindən şikayətlənirlər. Dolayısıyla dövlətdən daha komfort həyatla təmin olunmaq imkanı tələb edirlər. Başqa sözlə desək, dərdləri-sərləri elmi tərəqqiyə imza atmaq yox, yeni maşınlarda gəzməkdir. Bir daha xatırlatmaq istərdim ki, akademiyanın ilk qurucusu Platonun heç tələbələriylə bir araya gəlmək üçün sinif otağı da yox idi. Məcburən Akademos bağında gəzə-gəzə dünyanın qaranlıq üfüqünü işıqlandırırdılar. Bizim AMEA isə istifadə müddəti bitmiş köhnə nomeklatura məmurlarının ölkəni qaranlıq çağlara qaytarmaq üçün apardıqları müzakirələrin mərkəzinə çevrilib”.