"Optimal Elektronics"də müştəri hüquqları tanınmır
- 18-09-2020, 10:26
- 1 034
Daha sonra narazı vətəndaş qeyd edir: "Ertəsi gün yaxınlşadım ki, sensorunda problem var. Cavab verdilər ki, belə də olmalıdır.. 3 gün telefonu işlətdim, görürəm ki telefonun yuxarı sensoru işləmir. Zəng etdim, mənə dedilər ki, bəlkə ekrana "plyonka" çəkibsiniz deyə işləmir... Telefon "plyonka" ilə işləməyəcək deyə, qanunmu var? 14 gün keçməyibsə, bu telefon ya qaytarılmalı, ya da dəyişdirilməlidir. Mənə deyirlər hara istəsəniz, şikayət edin. Başa düşmədim, bu nə özbaşınalıq, nə saymamazlıqdır? Mənim 14 gün ərzində aldığım malı dəyişmək hüququm varsa, niyə 14 gün servis gözləməliyəm ki?"
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...