Universitetdən tələbəsinə kobud cavab: - "Onu da biz öyrədək?"

Sosial

Odlar Yurdu Universitetinin rəsmi “İnstagram” səhifəsi izləyicilərinə qarşı kobudluq edilib.

“MediaPost” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Belə ki, universitetin rəsmi “İnstagram” səhifəsinə magistraturada dərslərin haçan başlaması ilə bağlı sual ünvanlanıb.

“Magistratuya qəbul olana onu da biz öyrədək? Artıq ikinci ali təhsilinizdir” cavabı verilib.

Daha ətraflı fotolarda: