"Avanqard Travel" şirkəti müştəriləri aldadıb? - GİLEY

Sosial

"Şikayətim "Avanqard Travel" şirkətindədir. Şirkətin sahibəsi Nağlyeva Yeganə Ələddin qızından mən də daxil olmaqla 20-yə yaxın vətəndaş şikayətçidir" DİA.AZ bildirir ki, bu sözləri Bakı sakini Günay Əhmədova "Müştəriyəm Şikayətim Var" sosial qrupunda paylaşıb.

Daha sonra narazı vətəndaş yazır: "20-dən artıq insanı otel və bilet yazdırmaq adı ilə dolandırıb. Düzdür, hüquq-mühafizə orqanlarına şikayət etmişik, amma hələlik xeyri olmayıb. Yeganə Nağıyevaya da zəng edəndə deyir ki, gedin hara istəyirsinizsə, şikayət edin, mənə kimsə heçə nə edə bilməz"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...