ŞOK: Ramiz Mehdiyevin nəşriyyatı təxribatçı kitab çap edib - FOTO
- 10-09-2020, 09:12
- 1 093
KONKRET.az-ın araşdırmasına görə, bu kitab X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyası idi və orada uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritə verilmişdi.
Daha sonra aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılmış və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilmişdi.
Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.