XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Elə qaçqınam deyə zülm çəkməliyəm cənab Rzayev?"- Xocalı qaçqınından Şok müraciət...

"Elə qaçqınam deyə zülm çəkməliyəm cənab Rzayev?"- Xocalı qaçqınından Şok müraciət...

"Elə qaçqınam deyə zülm çəkməliyəm cənab Rzayev?"- Xocalı qaçqınından Şok müraciət...
7-09-2020, 11:21

Xocalı qaçqını olan diqqətsizlikdən və çəkdiyi əziyyətlərdən şikayət edir. Ceyran xanım yazır:
Mən Əzizova Ceyran Əkbər qızı. 1964 cü ildə Xocalıda anadan olmuşam.Xocslı faciəsinin zərərçəkmişi və şəhid ailəsiyəm .Binəqədi rayon ETK.2 nin pansionatında yaşayıram.
30 cu ildir ev gözləyirəm. Məcburi köçkün olsun yaxud şəhid ailəsi kimi olsun fərq etmir.. 2 oglum ailəlidir. Mənim özümə aid olan 3 kvadrat bir otagım var. Yagış yaganda 4 yerdən damır. Yatagımın üstünə ləyən qoyub yatıram.Əsas məsələ su xəttimizdən su gəlmir.
5 ailə bir su kranına möhtacıq. 2 gündən bir bir saat su vurulur. Kanalizasiya sistemi yoxdur. Öz vəsaitim hesabına kanalizasiya çəkmişəm məndən sonra 7 ev qoşuldu. Dəfələrlə kiçik oglumun evinə axdıgı üçün oglum başqa çarə axtarmalı oldu. Mən Əzizova Ceyran Əkbər qızı! heç kim qalxıb deməsinki səndən pis şəraitdə olanı var. O şəraitidə mənə dövlət verməyib. Bir təhər özüm etmişəm.

Artıq səbrim qalmadı, Cənab Rövşən Rzayev və ölkə rəhbərləri , aidiyyəti qurumlar mən 27 yaşımda məcburən evimi tərk etdim. Hələdə çöllərdəyəm. Artıq 56 yaşım olacaq. Hələdə evsizəm. Ya bizi evlə təmin edin yada şəraitimizi yaxşılaşdırın. İşsiz ac yalavac ailə artıq susa bilmir. Ramiz belə gəldi. Əlidə elə getdi, heeç məni maraqlandırmır.
2ci aydır ayagım yanıb maddi durum üzündən həkimə gedə bilmədim. Vətəndaşına sahib çıxmaq dövlətin borcudur. Burdan ölkə rəhbərlərinə və Rövşən Rzayevə müraciət edirəm bizim yaşam şəraitimiz nəzərə alınsın. Ya evlə təmin edin yada su xəttimiz təzələnsin.evlərimizə su çəkilsin. Belə biyabırçılıqmı olar? Elə məcburi köçkünük deyə zülümləmi yaşamalıyıq. Kimsə məni hədələməyə qalxmasın bu fikrimi bir dəfə yazmışdım necə oldusa Ramiz Mehtiyevin səhifəsi tag edilmişdi. Köməkçisi mənə elə hədə gəldiki birdə bu səhifəyə dönüb baxma deyə.
Alma fagırın ahını çıxar ahəstə ahəstə.(Kömək yerinə zopa göstərildi)
"Elə qaçqınam deyə zülm çəkməliyəm cənab Rzayev?"- Xocalı qaçqınından Şok müraciət...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.