"Oba" marketdə vaxtı keçmiş sayılan malları satırlar- Şikayət/Foto

Sosial

Sosial şəbəkə istifadəçisi Eloko Xakiyev (Елико Хекиев) Oba marketdən şikayətçidir. Şikayətçi iddia edir ki, "Oba" merketdə
vaxtı keçmiş sayılan malları kassa qarşısında sərgiləyərək müştərilərə satırlar. Şiakyətçi öz şikayətində yazır:
"Salam, şikayətim #obamağazalar şəbəkəsindəndir. Hörmətli Oba market əməkdaşları mağaza sistemində çalışan bir nəfər kimi bildiyim qədəri İlə 9 ay sroku olan məhsullar bitmə tarixinə 15 gün qalmış satişdan çıxarılmalıdır.
Ama siz satışdan çıxarmağ əvəzinə vaxtı bitməsinə 2-3 saat qalmış məhsulları kassa önündə sərgiləyib kampaniya kimi 1+1 bağlama şəklində satırsız. Bu məhsuluda dunən marketinizdən su alarkən kassir təklif elədi və tarixinə baxmadan götürdüm.
Ama bitmə tarixini 10-15 dəqiqə sonra fikir verdim və məndən sonra başqa müştərilərdə almağa başladi və təbii ki, bitmə tarixinə baxmadan."
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az