Azərbaycanda bu institutda tələbələrə "yemək pulu" veriləcək
- 4-09-2020, 17:44
- 1 253
Qərara əsasən, Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində təsdiq edilib.
Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək. Bu Qərarın 1-ci və 2-ci hissələrinin icrası ilə bağlı xərclər dövlət büdcəsində publik hüquqi şəxslər üçün nəzərdə tutulmuş vəsaitin bölgüsündə Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödənilir.(Qafqazinfo)