“Holcim” “Gilan İnşaat”ı məhkəməyə verdi
- 2-09-2020, 15:12
- 997
Banker.az-a istinadən xəbər veririk ki, məhkəməyə verən ölkənin böyük sement istehsalçısı olan “Holcim Azərbaycan” ASC-dir.
“Holcim Azərbaycan” bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəməyə müraciətində “alqı-satqı müqaviləsi” üzrə mübahisələrin baş verdiyi anlaşılır.
Sement istehsalçısı ilə inşaat şirkəti arasında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrə aydınlıq cari ayın 7 də gətirləcəyi gözlənilir. Hazırda iş icraatdadır.
“Gilan İnşaat”, “Gilan Holding” MMC-nin törəmə şirkətidir. Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan və digər ölkələrdə inşaat layihələrini reallaşdırır.