Azərbaycanda daha 137 nəfər koronavirusa yoluxdu - GÜNÜN STATİSTİKASI
- 27-08-2020, 16:08
- 802
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524nəfər vəfat edib, aktiv xəstə sayı 1 956 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 422, ötən müddət ərzində isə ümumilikdə 898 492 test aparılıb.