SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Binə" çörək zavodu millətin qəsdinə durub? - GİLEY

"Binə" çörək zavodu millətin qəsdinə durub? - GİLEY

Tarix:

27-08-2020, 11:22

/ 1 802 dəfə oxundu.
"Binə" çörək zavodu millətin qəsdinə durub? - GİLEY

""Araz" supermarketin Q.Qarayev filialından anam çörək alıb və içindən qurd çıxıb". DİA.AZ-ın məlumatına görə, bu barədə Bakı sakini Sevinc Əhmədova giley edir.

Daha sonra narazı vətəndaş bildirir: "Marketə yaxınlaşıb və administrator zavodla əlaqə saxlaya bilməyibb) daha sonra marketin administratoru Nurlan bəy, həmin zavodda işləyən Emin bəy yaxınlaşaraq danışığını bilmədən “ nə olacaq ki, gedin bir dənədə çörək götürün” , “bu qurd deyil” deyib. Başa düşmədim, şəkildən açıq-aydın nə olduğu görünür. Qurdun bəyəm ağzı, gözü, kirpiyini də istəyirdiz?

İnsan canı bu qədərmi ucuzdur? Axı, bu çörəkdən zavodda bişirənlərin yaxınları yemir məgər?

Anti-sanitar şəraitdə fəaliyyət göstərən çörək sexlərinin (nəinki çörək, həm də digər sexlərin) AQTA tərəfindən yoxlanışı həyata keçirilmirmi?"

Narazı vətəndaşın çəkdiyi fotoları təqdim edirik:
"Binə" çörək zavodu millətin qəsdinə durub? - GİLEY

Şərhlər

XƏBƏR LENTİ