Daha bir vəkilin fəaliyyətinə xitam verildi

Sosial

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sonuncu iclasında bir neçə vəkillə bağlı şikayətlərə baxılıb.

Baş prokurorluğun vəkillər Zibeydə Sadıqova və Nemət Kərimlinin vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı təqdimatı rədd edilib.

Lakin vəkil Janna Bağırova ilə bağlı şikayətlər araşdırıldıqdan sonra təmin edilib. J.Bağırovanın VK üzvlüyünə xitam verilməsi haqda qərar çıxarılıb.