FHN dövlət büdcəsi ilə tikdiyi evin qiymətini açıqlamır - ŞİKAYƏT
- 25-08-2020, 11:39
- 741
E.Atayev qeyd edib ki, sığorta şirkətinə evin dəyəri ilə bağlı sənədləri təqdim etmək üçün Fövqəladə Hallar Nazirliyinə müraciət etsə də, bu günədək cavab ala bilməyib.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov rəsmi məktubla E.Atayevə cavab verərək bildirib ki, Zaqatala rayonunda zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikintisi Fövqəladə Hallar Nazirliyi tərəfindən aparıldığından istənilən məlumatları almaq üçün bu quruma müraciət etmək tövsiyə olunur.
E.Atayev qeyd edir ki, Fövqəladə Hallar Nazirliyi bu barədə məlumatın məxfi olduğu bildirir: “Sorğuların əksəriyyəti cavabsız qalıb, amma bir dəfə cavab yazıblar. Onda da yazıblar ki, evin qiyməti daxili istifadə üçün nəzərdə tutulub, açıqlana bilməz: “Burada hansı məxfilikdən söhbət gedə bilər? Dövlət büdcəsindən ayrılan pulun xərclənməsi şəffaf olmalıdır. Birincisi, dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsindən söhbət gedir. İkincisi də, öz evimə adi olan məlumatı mənə vermirlər. Yəqin sənədlərdə xərclənən vəsaitin məbləği şişirdilib, daha çox göstərilib. Bu üzdən rəqəmləri açıqlamaq istəmirlər”.