Ramiz Mehdiyevdən yeni təyinatlar
- 21-08-2020, 10:12
- 1 121
Yeni köməkçi vəzifəsinə Fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Məlikov təyinat alıb.
Bununla da AMEA prezidentinin köməkçilərinin sayı 3-ə çatıb.
Bundan əlavə, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev Rəyasət Heyəti aparatının yeni yaradılmış Hüquq və kadrlar idarəsinin rəisi vəzifəsinə təyin olunub.
Həmçinin texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev AMEA-nın İnnovasiya Fondunun vakant olan rəhbəri vəzifəsinə ictimai əsaslarla təsdiqlənib.