Vətəndaş provayderin əlindən zara gəlib... - GİLEY

Sosial

"CITYNET çox bərbadsınız". DİA.AZ bildirir ki, bunu Bakı sakini Seymur Rzayev "Facebook"dakı "Müştəriyəm Şikayətim Var" qrupunda müştərisi olduğu internet provayderindən - "Citynet"dən giley edərkən bildirib.

Daha sonra narazı vətəndaş yazır: "İnternetinizi apar tulla. 17,2 mb sürət, 1.26 upload sürət...

Ayda 18 manat ödəniş edirəm. Hər gün də şikayət edirəm. Nə vaxt düzələcəksiniz?"

Qarşı tərəfi də dinləməyə hazırıq...