"Necə olur ki, aylardır işləməyən universitet maaşları verir, amma həkimlər ala bilmir?"
- 19-08-2020, 11:38
- 807
Pravda.az-ın xəbərinə görə, bunu radioloq-həkim Aydın Əliyev deyib.
“Bu qədər də insafsızlıq olar? Necə olur ki, aylardır işləməyən universitet maaşları verir! Siz dövlətin ayırdığı milyardlarla vəsaitdən bu fədakar insanların əmək haqqlarını vermirsiz! Hər gün qürurla elan etdiyiniz 200-300 sağalan xəstələri həmin o əmək haqqlarını vermədiyiniz fədakar tibb işçiləri müayinə və müalicə edir! Söz tapmıram deməyə!”- A.Əliyev qeyd edib.