"ASAN xidmət"in səlahiyyətləri artırıldı
- 18-08-2020, 14:03
- 924
Dəyişikliklə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni vəzifə həvalə edilir.
Belə ki, əsasnaməyə yeni əlavə edilən 3.1.11-1-ci yarımbənddə "ASAN xidmət"ə dövlət qurumları tərəfindən dövlət informasiya ehtiyatları və sistemlərinin “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görmək vəzifəsi tapşırılıb.