"Azəriqaz” sahibkarı qazsız qoydu, indi də bərpa etmir – FOTO
- 17-08-2020, 10:36
- 888
Bu barədə Pravda.az-a obyektin sahibi Fuad Heydərli məlumat verib.
Sahibkar bildirib ki, qaz xətti 2013-cü ildə layihəyə əsasən çəkilib: “O vaxtdan bu ilin mayın 18-dək obyektə təbii qaz verilib. Qazı kəsəndə Prezident İlham Əliyevin həmin ərazidən keçəcəyi ilə əsaslandırdılar. Bildirdilər ki, xətt 2 günə bərpa ediləcək. Artıq 3 aydır ki, obyektimiz qazsız qalıb. Bu da bizim işimizə ciddi şəkildə mənfi təsir edir. “Azəriqaz”a rəsmi müraciət etdim, cavabsız qaldı. Telefon vasitəsilə hər dəfə əlaqə saxlayanda da deyirlər ki, yaxın günlərdə problem aradan qalxacaq. Amma günlər keçir, heç bir reaksiya olmur. Aidiyyatı qurumlardan xahiş edirəm, bu məsələnin həllində köməklik göstərsinlər".