“"Lukoil”da 75 litr tutumu olan çənə 82 litr yanacaq “vurdular”” - SENSASİYA
- 17-08-2020, 01:21
- 1 718
""Lukoil"un yanacaqdoldurma məntəqələrindən birində tam çən yanacaq doldurdum. 75 litr tutumu olan çənə 82 litr yanacaq "vurdular". Üstəlik çəndə ən az 3 litr yanacaq vardı. Məsələni aydınlaşdırmaq istədim. Amma çox konkret bir cavab verdilər - "Nə var odur".
O qədər əmin və qəti cavab verdilər ki, özümdən və "Hyundai" şirkətindən şübhələndim. Dedim yəqin "Hyundai" "bezrazmer" yanacaq çəni istehsal edib, müştəriləri məlumatlandırmayıb".bizimxeber/
Teref.az olaraq qeyd etmək istəyirik ki, bu bizim yanacaqdoldurma məntəqələrindən nə birinci nədə axırıncıdır. Yanacaqdoldurma məntəqələrində, əsasəndə "Lukoil" -un məntəqələrində müştəriləri həyasızcasına aldadırlar və nə medianın nədə kiminsə etirazları heç kimi narahat eləmir.Görünür "dayı"-ları lap yuxarılardadır.
Teref.az