"Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib
- 4-08-2020, 18:48
- 1 169
“Karlara Dəstək” İctimai Birliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində 1500-ə qədər eşitmə və nitq məduduyyəti şəxsə qoruyucu vasitələr paylanıb.
Qeyd edək ki, “Nar” koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə bir sıra mühüm sosial layihələrdə aktiv iştirak etməkdədir. “Nar”ın korporativ sosial məsuliyyət (KSM) layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.