Əlilliyin təyinatı ilə bağlı yeni meyarlar hazırlanır - Nazirlik
- 4-08-2020, 11:23
- 837
Bunu Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, Nazirliyə müvafiq tapşırıq verilib ki, əsassız əlillik təyinatlarına ciddi nəzarət etsin: “Əlilliyin təyinatı ilə bağlı yeni qanun qəbul edilib. Bu sahədə qanunvericilik təkmilləşdirilir. Tibbi sahədə də TƏBİB-lə sıx işləyirik. Əlilliyin təyinatı ilə bağlı xüsusi meyarlar var. Hər qüsuru olan insana əlil demək doğru deyil. Bu dəyişikliklərin məqsədi keyfiyyətin yüksəldilməsi və haqqı olan vətəndaşların bu sistemə gətirilməsidir”.