Bu rayon və şəhərlərdə sərt karantin rejimi avqustun 31-dək uzadıldı
- 3-08-2020, 16:46
- 1 390
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar imzalayıb.
Qərara əsasən, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:
• Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.