Sahil Babayev tanınmış aparıcıya yüksək vəzifə verdi - FOTO
- 29-07-2020, 11:19
- 1 604
S.Babayevin əmri ilə, Rəşad Mehdili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Rəşad Mehdili indiyədək AzTV və İTV-də “Səhər proqramları” departamentinin direktoru, “Telesəhər”, “Yeni Gün” səhər proqramlarının aparıcısı, eyni zamanda, çalışdığı hər iki kanalda “Xəbərlər” və “Carçı” informasiya proqramlarının aparıcısı, müxbiri kimi fəaliyyət göstərib.