Mərkəzi- Aran RETSİ
- 25-07-2020, 17:06
- 1 971
**
Göyçay Elektrik Şəbəkəsinin xidməti ərazisində istismara yararsız dayaq və naqillər həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunur. Elektrik enerjisi təsərrüfatı 60-cı illərdə qurulmuş əksər yaşayış məntəqəsində uzun müddətdir istismar səbəbində bir çox problemlər yaşanırdı. Elektrik enerji təhcizatı tamamilə yenilənən kəndlərdən biri də Qarayazıdır. 445 abonenti olan kənddə indi sakinlər fasiləsiz və kefiyyətli elektrik enerjisi ilə təmin olunub.
**
Ağdaş Elektrik Şəbəkəsinin xidməti ərazisində 35/10 kV-luq “Pirkəkə” y/s-da əsaslı təmir işləri görülüb. Yarımstansiya 11 kəndi, 3 min abonenti elektrik enerjisi ilə təmin edir. Rayon ərazisində müxtəlif yaşayış məntəqələrində 20-dən çox 10/0,4 kV-luq TM və KTM şəbəkənin daxili imkanları hesabına təmir olunub və çəpərlənib. Son bir neçə ay ərzində 103 fərdi abonentə yeni sayğac quraşdırılıb, 1679 ədəd köhnə tipli sayğac yeni müasir tipli sayğacla əvəz edilib.