"Oba" marketdən aldığı məhsul belə çıxdı... - FOTO

Sosial

"Facebook" sosial şəbəkəsində "Müştəriyəm Şikayətim Var" qrupunda istifadəçilərdən biri "Oba" marketlər şəbəkəsinin Günəşli filialından aldığı uşaqlar üçün nəzərdə tutulmuş məhsuldan şikayətçidir.

DİA.AZ olaraq narazı vətəndaşın qeydlərini təqdim edirik: "Oba marketlər şəbəkəsinin "Günəşli" filialından aldığım uşaqlar üçün "Ozmo" şirniyyatinin içi belə kifli çıxdı. Məhsulun yararlılıq müddəti olduğu halda, necə bu hala düşə bilər? Demək ki, saxlanma şəraitinə əməl etmirsiniz. Məsələ 0.4 qəpikdə deyil, sadəcə, satdığınız xarab məhsullardan digərləri də agah olsun deyə paylaşdım. Alıb uşağa verməmişdən öncə mütləq özünüz yoxlayın".