Koronavirusa yoluxan jurnalist süni nəfəs aparatına qoşuldu

Sosial

"İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağır qiymətləndirilir".

Bu barədə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə, pasiyent süni tənəffüs cihazına qoşulub, intensiv terapiya şöbəsində müalicəsi davam etdirilir: "Hələlik müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil".