Dəhşət: Abşeronda su kanalına çirkab axıdılır - FOTO
- 22-07-2020, 14:14
- 2 785
Bu barədə məlumatı sosial şəbəkədə Kamil Piriyev verib.
“Başa salanda ki, bu sudan kanal boyu içənlər də var, cavabı bu oldu “hamı belə edir”. Abşeron suvarma sistemləri idarəsinə 1 ay öncə şikayət yazdım. Hələ cavab yoxdur. Maştağa üzrə ərazidəki post-patrul xidmətinin əməkdaşlarına şikayət etdim, onlar da aciz olduqlarını dedilər. “Biz olmayanda gizlin gəlib edirlər”. Bu gün şəkilləri Tərəvəzçilik elmi tədqiqat institunun mütəxəssisinə göstərdim. Belə tullantının (Bakı kəndlərinin əksəriyyətində kanalizasiya olmadığından tualetlər anbar kimi tikilir və dolanda bu maşınlar onun içini sorub sonra belə axıdırlar) fəsadları nə ola bilər soruşdum. Koronavirus onun dedikləri yanında qələt edir. Bakı və Abşeronda min hektarlarla ərazi, istixana, badam, zeytun bağları bu su ilə suvarılır”.