Çimərliklərin açılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Sosial

"Təəssüf ki, bu gün çimərliklərin açılmasına hazır deyilik. Bunu etsək koronavirusla mübarizədə əldə etdiyimiz kiçik nailiyyəti itirə bilərik".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Böyük kütlə bir yerə gələndə yoluxma riski qat-qat artır", - deyə o qeyd edib.