İlham Əliyevdən Elmira Süleymanova ilə bağlı SƏRƏNCAM

Sosial

Prezident İlham Əliyev Elmira Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.