"Sumqayıt Texnologiyalar Parkı”nın baş direktoru istefa verdi

Sosial

"Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Baş direktoru Emin Məmmədov öz xahişi ilə 17 iyuldan etibarən tutduğu vəzifədən azad olunacaq...
Bu barədə qurumdan "AzPolitika. info"ya verilən məlumatda bildirilib.

Məlumatda o da bildirilir ki, müvəqqəti olaraq Baş direktor vəzifəsi üzrə səlahiyyət Baş maliyyə inzibatçısı Rauf Atakişiyevə həvalə olunur.