XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Kəmaləddin Heydərov Prezidenti aldadıb? - FOTO

Kəmaləddin Heydərov Prezidenti aldadıb? - FOTO

Kəmaləddin Heydərov Prezidenti aldadıb? - FOTO
10-07-2020, 14:17

Prezidentin açılışını etdiyi FHN-ə aid yeni mobil xəstəxanadan köhnə ambulanslar çıxdı

Prezident İlham Əliyevin iyulun 6-da açılışını etdiyi Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan, FHN-ə aid modul tipli hospitalla bağlı sensasiya sayıla biləcək məlumat yayılıb.

Almaniyada yaşayan jurnalist Həbib Müntəzir FHN-ə aid sözügedən hospitalın açılışı zamanı Prezident İlham Əliyevin aldadıldığını bildirib: “Açılış zamanı göstəriş üçün güya yeni açılan hospitala aid iki ədəd “Mercedes Benz Sprinter” markalı təcili yardım maşını qoyulub. Rəsmi sənədlərdə maşınlar 2010-cu ilə aiddir. Sənədlərə görə “Renessans-S MMC” şirkətinə məxsus “Medistyle Hospital”ın maşınlarıdır. Rəsmi olaraq isə Asiman Həsənovun adı hallansa da obyektin hazırda deputat, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova aid olduğu deyilir”.

Jurnalist daha sonra qeyd edib ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov köhnə təcili yardımlarını yuduzdurub prezidentə yeni, qət-təzə maşın kimi təqdim edib…

Aztoday.az
Kəmaləddin Heydərov Prezidenti aldadıb? - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.