BAKIDA MARKETLƏRDƏ POLİS POSTLARI YARADILDI - Maskasız giriş qadağan edildi + FOTO
- 6-07-2020, 13:08
- 1 532
Həmçinin mağazaya daxil olan müştərinin ilk öncə hərarəti ölçülür, hərarəti olan müştəri mağazaya buraxılmır. Proses paytaxtın bütün ərzaq mağazalarında və alış-veriş yerlərində həyata keçirilir.
Qeyd edək ki, ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilib, 2294 nəfər inzibati cərimə olunub ki, onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.