Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Sosial

37 yaşlı stomatoloq Tərlan Hüseynli COVID-19 infeksiyasından vəfat edib...
Bu barədə məlumatı onun yaxınları sosial şəbəkədə paylaşıblar.

Məlumata görə, diş həkimi Tərlan Hüseynli qızdırma və təngnəfəslik səbəbi ilə yerləşdirildiyi xəstəxanada həyata gözlərini yumub.

Onun həyat yoldaşı və iki övladının da koronavirusa yoluxduğu bildirilir.