Bakıdan rayonlara getmək istəyən 750 nəqliyyat vasitəsi geri qaytarılıb - DYP
- 27-06-2020, 13:23
- 992
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 80-i rayon, 320-i paytaxt istiqamətinə olmaqla 400, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 500-ü rayon, 250-i paytaxt istiqamətinə olmaqla 750 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 1255 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.ən nəqliyyat vasitəsi geri qaytarılıb.