Azərbaycanda nəhəng park salınır - Sahəsi 100 min hektar
- 19-01-2017, 19:41
- 2 271
Bu barədə müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor əvəzi Hikmət Əlizadə məlumat verib.
Azərbaycanın cənub regionunda sahəsi 88 min hektar olan Qızılağac Dövlət Təbiət Qoruğu fəaliyyət göstərir. Qoruq həm turizm baxımından önəmlidir, həm də qiymətli quş, balıq növlərinin qışlama yeridir. H.Əlizadə bildirib ki, qoruğun ərazisində sahəsi 100 min hektar olan Qızılağac Milli Parkının yaradılması istiqamətində işlər aparılır. Yaxın illərdə işlər yekunlaşacaq və milli parkın müəyyən hissəsi ekoturistlərin üzünə açıq olacaq.