Prezident Gəncədə zavodun açılışını etdi — FOTOLAR

Sosial

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Prezident İlham Əliyev zavodu işə salıb.