XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Nadir Qarayevin rəhbərlik etdiyi 1 saylı Xəzinədarlıq idarəsində sanki bir "gestapo rejimi” hökm sürür.."- İDDİA

"Nadir Qarayevin rəhbərlik etdiyi 1 saylı Xəzinədarlıq idarəsində sanki bir "gestapo rejimi” hökm sürür.."- İDDİA

"Nadir Qarayevin rəhbərlik etdiyi 1 saylı Xəzinədarlıq idarəsində sanki bir "gestapo rejimi” hökm sürür.."- İDDİA
24-06-2020, 00:44

Sosial media üzərindən axarış verəndə Mailiyyə nazirliyində "firon"luq edən bir qruplaşma, şərti adı «Gədəbəy qruplaşması» olan qrup haqqında maraqlı məlumatlar qarşımza çıxır. Prezident və onun komandasınn həyata keçirtdiyi dinamik ikşaf proqramlarıa ağır bir yük olan bu qrupun üzvləri barədə mediada nələr yazırlar?

Dia.az-ın araşdırmasına görə Maliyyə Nazirliyində şərti adı «Gədəbəy qruplaşması» adlanan Azər Bayramov-Nadir Qarayev birliyi elə vəziyyət yaradıb ki, artıq Samir Şərifovun çevrəsində olanlar da səslərini çıxarmağa başlayıblar: «Yaxın aylara qədər susanlar bu gün açıq şəkildə «Gədəbəy qruplaşması» və onların himayəsində olan maliyyə məmurlarının hərəkətlərindən şikayətlənməyə başlayıblar. Onlarla bərabər, ölkədə ciddi rol və nüfuza sahib olan bəzi nazirlərin də bu qruplaşmadan narazı olduğu sirr deyil. Çünki məhz bu qrup həmin nazirliklərin dövlət proqrammı çərçivəsində gördükləri işlərin sürətli və keyfiyyətli aparılmasına mane olurlar. Çünki nazirliklərin layihələrində qalib olan şirkətlər 1 saylı Xəzinədarlıq İdarəsinin razılığı ilə hesablarına köçürülməli olan vəsaitləri vaxtında ala bilmirlər. Nadir Qarayev açıq şəkildə «şərti»ni qoyaraq, «haqqı»nı istəyir. Bu isə həmin nazirlik və komitələrin layihələrini təhlükə altına qoyur. Üstəlik, tələb edilən iri məbləğli "faiz” ödənildiyi halda, işlərin keyfiyyəti istər-istəməz aşağı düşür.

Maraqlı burasıdır ki, dövlət qurumlarının maliyyə şöbəsi rəisləri də belə vəziyyətdə öz vəzifələrini qorumaq və son bir neçə ildə üstün mövqeyə sahiblənmiş «Gədəbəy qruplaşması» ilə düşmən olmamaq üçün sahibkarları sıxmağa başlayırlar. Açıq şəkildə tender qalibi olan şirkətlərə «1 saylı Xəzinədarlıq idarəsinin 6 (altı) faizini gətirin, hesabınıza pul köçürülsün» deyirlər. Bəli, «Azər Bayramov- Nadir Qarayevin "hakimiyyət pramidası”ı bu şəkildə qurulub, rüşvət elə bu mexanizmlə alınır».

Nadir Qarayevin rəhbərlik etdiyi xəzinədarlıqda sanki bir "gestapo rejimi”nin hökm sürdüyünü bildirilən müsahibimiz deyir ki, bu qrup elə bir həddə çatıb ki, artıq Azərbaycan dövlətinin strateji maraqlarını da nəzərə almırlar: «Bəlkə də digər nazirlik, komitə və icra hakimiyyətlərini anlamaq olar. Ancaq müharibə şəraitində olan Azərbaycan ordusunun təminatını həyata keçirən şirkətlərdən də «hesab» tələb olunması, heç də anlaşılan deyil. Mənim bildiyimə görə, Nadir Qarayev faktiki ordunu ərzaq və digər tələbatlarını təmin edən şirkətlərə qarşı da güzəştə getmir. Düzü, bu məsələyə Müdafiə Nazirliyinin maliyyə şöbəsinin rəisi Namiq Poladov necə yanaşır, bunu bilmirəm. Amma dəqiq bildiyim odur ki, Nadir Qarayevə 6 faizlik «hesab» çatmasa, Müdafiə Nazirliyinin tenderlərində qalib olan və ordunun təminatını həyata keçirən şirkətlərin pulu da hesablarına köçürülmür…».

Müsahibimiz deyir ki, Azər Bayramovun «patron»luğu ilə həyata keçirilən bu sistemə qarşı çıxan dövlət qurumalrı və şirkətlər dözülməz vəziyyətlə üzləşirlər: «Məsələn, tərtib olunan maliyyə sənədləri düzgün, qanunauyğun olsa da, Nadir Qarayev aylarla təqdim olunan sənədlərin icrasını yubadır. Və sonda «hesab» ödənilmədiyi üçün sənədlər bir bəhanə ilə geri qaytarılır. Bu isə qalib şirkətin tenderin şərtlərinə əməl edə bilməməsinə səbəb olur ki, nəticədə şirkətlər daha böyük məbləğdə zərərlə üzləşirlər.

Maliyyə Nazirliyindəki məlum qrup da bunu əla bildiklərindən çox rahat şəkildə «öz fəaliyyət»lərini yüksələn xətlə davam etdirirlər. Nəticədə bu qrup çox böyük vəsaitləri təyinatından yayındırmaqla, iri kapital sahibinə çevrilir. Həmin kapitalın sabah kimə və necə istifadə olunacağını araşdırmaq, bu dövlətin işidir. Ancaq hələlik bu prosesdən həmin qrup qazanclı, şirkətlər, onların işçiləri, nəhayət, dövlət isə itirən çıxır».
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

Teref.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.