Bakıda rəisi öldürən sürücünün nömrəsi “Niva”da görüntüləndi — VİDEO
- 23-06-2020, 16:59
- 1 427
“MediaPost"un apardığı araşdırmalar nəticəsində Seymur Abbasova məxsus 99-VJ-026 dövlət qeydiyyat nişanı “Niva” markalı avtomobildə də olub. Sözügedən avtomobil də şəhərin müxtəlif yerlərində görüntülənib.
Mərhumun yaxını “MediaPost”a açıqlamasında bildirib ki, Seymur Abbasov idarə etdiyi “Mercedes” markalı 99-VJ-026 dövlət qeydiyyat nişanlı avtomobillə onu vurduqdan sonra hadisə yerindən qaçıb.