Fərəh Əliyeva 14 günlük izolyasiyaya alındı - AÇIQLAMA
- 22-06-2020, 14:20
- 913
TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın sözlərinə görə, Fərəh Əliyevadan tibbi protokola əsasən təkrar test götürülüb və təkrar testin nəticəsi neqativ olub.
COVİD-19 üçün götürülən ilkin testin nəticəsi müsbət olduğundan o, tibbi protokola əsasən, 14 gün müddətində ev şəraitində izolyasiyaya alınıb.
Hazırda Fərəh Əliyevanın vəziyyəti stabildir, hər-hansı bir şikayəti, xəstəlik simptomları qeydə alınmayıb.