Zərifə Əliyeva adına Göz Klinikasında pasiyentlərdən əlavə pul tələb olunur? - İDDİA
- 20-06-2020, 12:46
- 1 414
Bu barədə Qlobal.az-a verilən məlumatda deyilir.
Məlumata görə, Zərifə Əliyeva adına Göz Klinikasının uşaq bölməsinə müayinə üçün edilən ödənişdən əlavə 113A nömrəli otaqda gözün fotosu üçün hər bir pasiyentdən 5 manat alınır.
İddialara görə 113A kabinetində gözün fotosunun çəkilməsi üçün alınan 5 manatlar qeyri-qanunidir və yığılan pullar vergidən yayındırılır.
Zərifə Əliyeva adına Göz Klinikasından məsələyə münasibət bildirilməyib.