Ticarət mərkəzləri də bağlanacaq

Sosial

"Məhdudiyyətlərin tətbiq olunduğu müddət ərzində iri ticarət mərkəzləri də bağlanacaq".

Bunu Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

İyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.