Pensiya kartlarının müddəti uzadıldı
- 18-06-2020, 17:46
- 8 827
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilir ki, kartların istifadə müddətinin 30 sentyabr 2020-ci il tarixinədək artırılması üçün Mərkəzi Bankı tərəfindən müvəkkil banklara müraciət olunub. Həmin müraciət müvəkkil banklar tərəfindən təmin olunaraq müvafiq ödəniş kartlarının istifadə müddəti avtomatik olaraq uzadılıb. Eyni zamanda, Mərkəzi Bank tərəfindən banklara müştərilərin istəyi ilə yeni emissiya edilmiş ödəniş kartlarının bankların texniki imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla kuryer vasitəsilə ünvana çatdırılması xidmətlərinin göstərilməsi də tövsiyə olunub.
Qeyd edək ki, hüquqi və fiziki şəxslər Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə Mərkəzi Bankın “966” qaynar xəttinə zəng edə bilərlər.