İstirahət mərkəzləri ilə bağlı məhdudiyyət tətbiq edilir - DİQQƏT
- 18-06-2020, 11:44
- 1 484
Artıq bu sıxlığın qarşısını almaq üçün bəzi rayonların istirahət zonalarında məhdudiyyətlər tətbiq olunmağa başlanılıb. Onlardan biri də Masallı rayonunda yerləşən “İsti su” istirahət və müalicə mərkəzidir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev açıqlamasında bildirib ki, qeyd edilən ərazidə bəzi məhdudiyyətlərin tətbiq edilməsi qərarı ilə bağlı polis əməkdaşları xidmət aparır: “Həmin əraziyə müalicə üçün gələn şəxslərə heç bir məhdudiyyət yoxdur. İstirahət etmək üçün gələnlərin sayına nəzarət olunur ki, istirahət mərkəzinə tutumundan çox insan daxil olmasın və ərazidə sıxlıq yaranmasın. Həmçinin, yoluxma sayının yüksək olduğu rayon və şəhərlərdən gələnlər də diqqətdə saxlanılır ki, digər şəxslərlə sıx ünsiyyətdə olmasınlar”.