İlham Əliyev: “Tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər” - FOTO

Sosial

Prezident İlham Əliyev Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə paylaşım edib.

Şəxsi “Facebook” hesabı vasitəsilə foto yayımlayan ölkə başçısı bu sözləri yazıb:

“Yorulmadan, fədakarlıqla insanların sağlamlığı üçün mübarizə aparan tibb işçilərimiz ən böyük hörmətə layiqdirlər. Azərbaycan həkimlərinə eşq olsun!”