Azərbaycanda daha 338 nəfərdə koronavirus aşkarlandı - 4 pasiyent vəfat etdi
- 16-06-2020, 18:35
- 862
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 10662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 4801 koronavirus testi aparılıb.