Dializ xəstələri sərt karantində bu nömrəyə zəng edə bilər
- 12-06-2020, 18:17
- 1 101
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, sərt karantin günlərində dializə getmək üçün 108 Çağrı Mərkəzinə müraciət edilmədidir. Onları könüllülər nəqliyyat vasitəsi ilə müvafiq tibb müəssisəsinə çatdıracaq:
"972 nəfərlik dializ alan şəxslərin siyahı hazırlanıb. Hər biri ilə danışılıb. Onlardan hansıların nəqliyyat vasitəsi varsa özləri gedəcək, digərlərini isə ASAN-ın könüllüləri dializə aparacaq və evlərinə geri qaytaracaq".